17:06 / 08-08-2025
Marsdan maraqlı fotolar...
Rusiyada məşhur yazıçını axtarışa veriblər
Tarix: 08-08-2025 17:17 | Bölmə: Xəbərlər
Rusiyada məşhur yazıçını axtarışa veriblər

Moskva şəhər Çeryomuşkinski Rayon Məhkəməsi istintaqın müraciətinə əsasən Rusiyanın tanınmış yazıçısı Dmitri Bıkovu təxribat xarakterli böhtanda, xüsusilə də Rusiya ordusu barədə "yalan dolu məlumatlar" yaymaqda ittiham edib.

Reyting.az
-ın xəbərinə görə, ölkə xaricində olan D. Bıkov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin "d" bəndi ilə ittiham olunaraq barəsində qiyabi olaraq həbs qərarı verilib.

Məlumata görə, çinayət işinin başlanmasına səbəb yazıçı D. Bıkovun "Populyar siyasət" adlı YouTube kanalına verdiyi müsahibədir. 2023-cü ilin oktyabr ayında yazıçı kanalın aparıcıları ilə Xarkov vilayətinin Qroza kəndinə Rusiya ordusunun hücumunu müzakirə edib. Xatırladaq ki, həmin hücum nəticəsində 59 nəfər həlak olmuşdu.

Qeyd edək ki, Bıkov 2021-ci ilin payızında Putin rejiminin əleyhdarı kimi Rusiyanı tərk edib. O, işğal aktını, yəni Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsini həmişə pisləyib. Məhz buna görə də bir sıra Rusiya nəşriyyatları, həm də kitab mağazaları "vətən xaini" elan edilən yazarın kitablarının nəşrini və satışını dayandırıb.

Rusiyada Bıkov həmçinin "xarici agent" öhdəliklərini yerinə yetirməkdə ittiham olunur. Rusiya Ədliyyə Nazirliyi rusiyalı yazıçını casus kimi şübhəli şəxs sayıb və onun adı 2022-ci ilin iyulundan "xarici agentlər" reyestrinə daxil edilib. Əvvəlcə sosial şəbəkə paylaşımlarında Bıkov özü "xarici agent" qeydini göstərmədiyindən hətta ona iki dəfə cərimə kəsilib, daha sonra isə cinayət işi açılıb. Rusiya Daxili İşlər Nazirliyi yazıçını axtarışa verib.

Bundan əvvəl, 2024-cü ilin fevral ayında Moskva Şəhər Məhkəməsi tanınmış yazıçı, publisist və ictimai xadim Bıkovu Rusiya ərazisində "arzuolunmaz" təşkilatın fəaliyyətində yaxından iştirakı ilə bağlı inzibati maddə üzrə cərimələyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər