Qazaxıstan araşdırır, Rusiya polisə çağırır
Tarix: 19-09-2025 14:17 | Bölmə: Xəbərlər
Qazaxıstan araşdırır, Rusiya polisə çağırır

Qazaxıstan banklarına məxsus kartlara sahib olan ruslar Rusiyada dinləmələrə dəvət olunur, polis şöbələrinə çağrılırlar.

Reyting.az
xəbər verir ki, "Ostorojno, novosti" nəşrinin məlumatına görə, sentyabrda Qazaxıstan banklarının kartlarını uzaqdan rəsmiləşdirən Rusiya Federasiyasının çoxsaylı vətəndaşı kütləvi şəkildə öz ölkələrində dindirilmək üçün polisə dəvət olunurlar. Dəqiq rəqəmlər açıqlanmasa da, minlərlə vətəndaşın hüquq-mühafizə orqanlarına gözlənilməz dəvətindən söhbət gedir.

Qazaxıstanda İİN, yəni belə bank kartları yalnız ölkə daxilində verilə bilər, lakin bəzi rusiyalılar hələ də kartları əldə etmək üçün vasitəçilərdən istifadə edirlər. Məlumata görə, 2022-ci ildən rusiyalılar kütləvi şəkildə Qazaxıstan kartlarını almağa çalışıblar. Ancaq bəzi dəyişikliklərin baş verməsi və 2024-cü ildən İİN-in xaricilərə verilməsi, 2025-ci ilin əvvəlindən isə belə sərfəli kartların uzunmüddətli verilməsi qadağan edilib. Aprel ayından isə bəzi araşdırmalar aparıldıqdan sonra Rusiya tərəfindən bu kartları alan bir çox şəxslər barəsində Qazaxıstan bankları qadağalar tətbiq etməyə başlayıblar. Daha sonra bunun nəticəsində Qazaxıstanın bank sektorunda şübhəli hallarda rusiyalıların İİN-lərinin ləğv edilməsinə başlanılıb.

Bundan əvvəl Qazaxıstan tərəfi hələ mart ayında bildirmişdi ki, belə kart sahibləri arasında qeyri-qanuni fəaliyyət göstərən, xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, casus şəbəkəsinə üzv olan bəzi əcnəbilərin və rusların olması istisna deyil.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər