Ukrayna rusların iki təyyarəsini məhv edib - Foto
Tarix: 22-09-2025 10:43 | Bölmə: Xəbərlər
Ukrayna rusların iki təyyarəsini məhv edib

Ukrayna Müdafiə Qüvvələri Krımda Rusiyaya məxsus iki nadir “Be-12” Çayka amfibiya təyyarəsini yandırıb.

Reyting.az
xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) təyyarələrin dünən vurulduğunu bildirib.

Məlumata görə, işğal olunmuş Krımda QUR-un “Kabuslar” xüsusi bölməsi Rusiyanın iki “Be-12” Çayka sualtı qayıq əleyhinə amfibiya təyyarəsini məhv edib: “Müharibə dövründə ilk dəfədir ki, “Be-12” məhv edilir”.

Bildirilir ki, “Be-12” Çayka amfibiya təyyarəsi sualtı qayıqların aşkarlanması və işə cəlb edilməsi üçün qiymətli avadanlıqla təchiz edilib.



Krıma basqın zamanı “Be-12” təyyarələri ilə yanaşı, “Mi-8” helikopterinin də məhv edildiyi bildirilir.

Qeyd edək ki, “Be-12” sualtı qayıq əleyhinə amfibiya təyyarəsidir. Təyyarə ilk uçuşunu 1960-cı ilin oktyabrında edib və 1963-cü ildən Dəniz Aviasiyasında xidmətdədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər