Rəsmi Bakı "Qəzza Planı"nı dəstəkləyib
Tarix: 30-09-2025 11:57 | Bölmə: Xəbərlər
Rəsmi Bakı "Qəzza Planı"nı dəstəkləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampın müəllifi olduğu 20 maddəlik "Qəzza Planı" ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, açıqamada plan dəstəklənib:

"Biz ABŞ prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq. Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir. Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar".




Bölməyə aid digər xəbərlər