Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Tarix: 30-09-2025 12:34 | Bölmə: Gündəm
Parlamentin qanunvericilik işləri planı qəbul olunub

Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib.

Reyting.az
xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Bildirilib ki ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.

Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.

İşlər planı səsverməyə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
26-09-2025, 11:29 Ombudsman bəyanat yayıb