23:29 / 13-11-2025
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
22:23 / 13-11-2025
Prokurorlar Ermənistan vətəndaşlarına cəza istəyiblər
20:28 / 13-11-2025
Rusiya xanım politoloqu terrorçu elan edib
20:26 / 13-11-2025
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
19:58 / 13-11-2025
Bakıda TDT ölkələrinin QHT-ləri həmrəylik forumu keçirəcək
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
18:00 / 13-11-2025
Ermənistan yeni silahlar alıb
17:43 / 13-11-2025
Nazim İbrahimovun qardaşının köhnə maşını hərracda satılacaq
17:22 / 13-11-2025
Millimizin iki üzvü futboldan uzaqlaşdırılıb
17:15 / 13-11-2025
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub
17:03 / 13-11-2025
Qıjı bitkisindən nadir mineral əldə edilib
16:56 / 13-11-2025
General müşavir vəzifəsində çalışacaq
16:53 / 13-11-2025
Hərbi prokurora köməkçi təyin olunub
16:36 / 13-11-2025
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişib
16:25 / 13-11-2025
Ən çox şikayət olunan sığorta şirkətləri - Siyahı
16:06 / 13-11-2025
Epşteyn ruslara Tramp haqqında məlumat ötürüb
15:57 / 13-11-2025
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verib
15:52 / 13-11-2025
Azyaşlılara aid pornovideolar satanlar tutulub
15:40 / 13-11-2025
Fuad Nəcəfli: "Bir canım var, o da bu vətənə qurban olsun"
15:36 / 13-11-2025
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
15:25 / 13-11-2025
Almaniyada Rusiyadan çox Polşanı təhlükə sayırlar
15:21 / 13-11-2025
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
15:15 / 13-11-2025
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
15:04 / 13-11-2025
Ağdərəyə daha 11 ailə köçürülüb - Fotolar
14:53 / 13-11-2025
Bakıdakı şadlıq evində insanlara camış əti verilirmiş
14:38 / 13-11-2025
Prokuror: "İşgəncələrin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut olunub"
14:16 / 13-11-2025
Zelenski: Onları xarabalıqlar naminə ölməyə məcbur etmirik
14:08 / 13-11-2025
PA rəhbəri yeni nümayəndəni kollektivə təqdim edib - Fotolar
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
İlham Əliyev BMT Baş Assambleyasında çıxış edib - Mətn (Video)
Tarix: 25-09-2025 22:30 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir.
Reyting.az APA-ya istinadla həmin çıxışı təqdim edir:
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.
Reyting.az dövlətimizin başçısının çıxışını təqdim edir:
-Xanımlar və cənablar.
Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.
1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP).
Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.
Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.
Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm.
Azərbaycan Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.
Eynilə, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir.
Xanımlar və cənablar, qlobal çağırışlara gəldikdə, biz inanırıq ki, cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır.
Azərbaycan bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi.
Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un sədri kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik.
COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyindən təsirlənən həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.
Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq. Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz.
Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.
Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.
Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan "Rəqəmsal İpək Yolu" kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planları da daxildir.
Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir.
Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi ("Moody"s" və "Fitch") Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır.
2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.
Xanımlar və cənablar, Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib.
Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır.
Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.
Təşəkkür edirəm.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:21
Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub
Bu gün, 11:07
Onlar da Bakıda “Azəriçay”dan dadacaqlar…
Bu gün, 08:13
Lavrov Ağ evlə sammitin keçirilməsi şərtlərini açıqlayıb
Dünən, 11:26
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri…
11-11-2025, 18:48
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
9-11-2025, 10:00
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
8-11-2025, 17:18
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
8-11-2025, 10:54
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
8-11-2025, 00:04
Azərbaycanda Zəfər Günüdür
7-11-2025, 23:09
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
7-11-2025, 21:17
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
7-11-2025, 20:50
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
7-11-2025, 17:08
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
7-11-2025, 16:34
Prezident İlham Əliyev fərman imzalayıb
7-11-2025, 16:05
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
7-11-2025, 14:02
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - Foto
6-11-2025, 23:41
Sahibə Qafarova Cevdet Yılmazla görüşüb
6-11-2025, 18:00
Hikmət Hacıyev Britaniyanın ticarət elçisi ilə görüşüb
6-11-2025, 16:25
"Invest in Azerbaijan" informasiya sistemi yaradılacaq - Fərman
6-11-2025, 12:58
Əliməmməd Nuriyev: "Hazırda amnistiya ilə bağlı hazırlıq yoxdur"
6-11-2025, 12:09
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib - Fotolar
6-11-2025, 10:43
Şuşada hərbçilərin Zəfər yürüşü olub
6-11-2025, 09:57
Bakıda hərbi orkestrlərin müşayiəti altında yürüşlər başlayıb
5-11-2025, 19:15
Bakıda yüksək səviyyəli dəyirmi masa keçirilib - Fotolar
5-11-2025, 17:34
Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
5-11-2025, 17:18
Milli Məclisin sədri Braziliyaya səfər edib
5-11-2025, 16:54
Azərbaycan üzərindən Ermənistana taxıl daşınır
5-11-2025, 15:55
Ermənistana gedən qatar Azərbaycandan Gürcüstana yola salınır
5-11-2025, 13:35
Prezident 10 nəfəri təltif edib - Siyahı
4-11-2025, 16:50
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib
4-11-2025, 16:41
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
3-11-2025, 17:05
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək