Rusiyanı vurmaq üçün Ukraynaya kəşfiyyat məlumatı verəcəklər
Tarix: 02-10-2025 11:46 | Bölmə: Dünya
Rusiyanı vurmaq üçün Ukraynaya kəşfiyyat məlumatı verəcəklər

ABŞ Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinin bəyanatına istinadla yazıb.

“Rəsmilər NATO ölkələrini də analoji dəstək verməyə çağırır”,- nəşr qeyd edib.

ABŞ rəsmilərinin sözlərinə görə, Ukraynaya əlavə kəşfiyyat məlumatı vermək icazəsi Trampın sosial şəbəkədə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytara biləcəyini bəyan edən mesaj yerləşdirməsindən bir qədər əvvəl verilib.

Qeyd olunur ki, Tramp administrasiyası Ukraynanı işğalçı ölkə daxilində daha çox hədəfə zərbə endirməyə imkan verəcək silahlarla təmin etməyi də nəzərdən keçirir.

Bu, “Tomaqavk” və “Barakuda” qanadlı raketlərinin tədarükünə aiddir. Lakin hələlik yekun qərar verilməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər