09:47 / 07-10-2025
Ucarda sakinini "tok" vurub
Medvedev Fransa prezidentini aşağılayıb
Tarix: 07-10-2025 11:43 | Bölmə: Dünya
Medvedev Fransa prezidentini aşağılayıb

Sebastian Lekornu Fransanın baş naziri postundan istefa verdikdən sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “X” sosial media platformasında Fransa prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib.

Reyting.az
xəbər verir ki, rusiyalı siyasətçi Fransa dövlət başçısını aşağılayıb.

“Rekord: Fransa hökuməti 14 saat davam etdi. Çünki Fransanın prezidenti yoxdur. Yalnız Kiyevin parlaq müdafiəçisi, Almaniya və İngiltərənin dostu, Afrikanın danışıq arbitri var. Amma Makron Fransanın vecinə deyil. 1814-cü ildə Parisə girən bizim kazakların atları belə öz işini daha yaxşı yerinə yetirə bilərdi”,- deyə Medvedev yazıb.

Bundan əvvəl “France 24” telekanalı Sebastian Lekornu ilə bağlı üç antirekordu qeyd edib:

Birincisi, o, Fransada ən qısa müddətə baş nazirdir - cəmi 27 gün.

Lekornu hökumətsiz ən uzun müddət yaşadı (26 gün).

Onun hökuməti ən qısa müddətə davam etdi, çünki Lekornu hökumət komandasını təyin etdikdən cəmi 12 saat sonra istefa verdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər