“Nar mobile”ni cibgirlikdə ittiham edirlər, şirkət isə... - Faktlar
Tarix: 04-05-2020 17:17 | Bölmə: Xəbərlər
“Nar mobile”ni cibgirlikdə ittiham edirlər, şirkət isə... - Faktlar

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin elan edilməsi ölkəmizdə fəaliyyət göstərən bir sıra sahələrlə yanaşı “Nar mobile”nin də yarıtmaz fəaliyyətini üzə çıxarıb, bu mobil operatordan narazılıqları artırıb.

Reyting.az-ın məlumatına görə, karantin rejimində adıçəkilən mobil operatorun əhaliyə göstərdiyi xidmətin həddən artıq aşağı düşdüyü iddia olunur. Hətta “Nar mobile”ni müxtəlif vasitələrlə abunəçilərin balansından oğurluq etməkdə də ittiham edənlər var.

Xatırladaq ki, “Nar mobile”dən narazılıqlar təkcə Reyting.az-a daxil olan şikayətlərdə əksini tapmır, eyni zamanda, bu mobil operatorun sosial şəbəkədəki rəsmi səhifəsində paylaşdığı reklam çarxlarının altında yazılan çoxsaylı şərhlərdə qeyd edilir.

Məsələn, “Nar”ın rəsmi səhifəsində paylaşılan “Aprelin sonuna gəldik. Ümid edirik ki, karantin də yaxın günlərdə bitəcək və pozitiv günlər başlayacaq. Full paketlərimizdə isə istifadə etmədiyin dəqiqə və meqabaytlar nə bitir, nə də yanır. Sadəcə, növbəti aya keçir. Full paket istifadə et, həmişə pozitiv ol!”, - postuna yazılan 122 şərhin azı 100-də şirkətə qarşı sərt və hətta təhqiramiz ifadələr yer alıb.
“Nar mobile”ni cibgirlikdə ittiham edirlər, şirkət isə... - Faktlar

Həmin şərhlərdən bir neçəsini, o cümlədən, şirkətin bunlara verdiyi reaksiyaları olduğu kimi təqdim edirik:

Qüdrət Həsənov:

- İçinə azar olsun belə gecə internetinin.

Nar:

- Müraciətiniz digər şərhdə cavablandırılır.

Ruslan Əlizadə:

- Necə olur ki, limitsiz paketin 90 faiz gecə 24.00-dan sonra işlənsə də, 7000 mb-dən cəmi 1000 mb qalıb?
“Nar mobile”ni cibgirlikdə ittiham edirlər, şirkət isə... - Faktlar

Yeganə Şıxəliyeva:

- 13 manatlıq internet paketini necə deaktiv etmək olar? Web səhifənizdə aktivləşdirmək üçün kod verilib. Amma deaktiv etmək üçün heç bir məlumat tapa bilmirəm.

Sənan Əkbərov adlı abunəçi isə buna belə reaksiya verib:

- Cibə girməkdən bezməyən “Nar”, gecə limitsiz internetim ola-ola full 9 tarifimdəki internet balansımı silirlər. Halal pul qazanmaq üçün bir az da çalışın, bəsdirin camaatın cibinə girdiniz!

“Nar” bu ittihama “candərdi” cavab verib:

- Hazırda olan istifadə qaydalarına əsasən nömrənizdə həm gecə limitsiz interneti, həm də Full tarifinin internet bonusları varsa, ilk olaraq məhz tarif bonusları sərf edilməlidir.

Sənan Əkbərov isə bu cavabdan sonra fikirini daha da konkretləşdirib:

- Nar, gündüz internet paketindən çıxa bilirsiz, gecə limitsiz olanda isə bonusdan? Bu, birbaşa cibə girməkdir, özü də xəbərdarlıqsız. Halal etmirəm. Nar, o qaydanı qoyana da, hər silinən mgbt-a görə cibə girdiyinə görə haram olsun!

Bundan sonra “Nar” şikayətçinin iradını qəbul etmiş kimi münasibət bildirib:

- Narazılığınız qeydə alındı, məlumat nəzərə alınacaq. Hər hansı dəyişiklik olan zaman məlumat rəsmi saytımızda yerləşdiriləcək.

Bundan sonra başqa bir şikayətçi yazır ki, saat 23:59:59 olan kimi sürət yoxa çıxır. Onlayn çata yazırsan, admin “Salam” sözünü yazır, sonra yoxa çıxır. Elə bil tanışlıq saytıdır. Heç olmaya sürəti 2-3 mbs edin...

Mobil operatora qarşı bu və ya digər məzmunlu şikayətlər digər paylaşımların altında da var. “Nar” isə bunlara aydınlıq gətirmək əvəzinə, standart cavab verməklə işini bitmiş sayır.

Qeyd edək ki, “Nar”ın fəaliyyəti ilə bağlı Reyting.az-ın e-poçtuna da çoxsaylı şikayətlər daxil olur. Növbəti yazılarımızda bunları oxucularımızın diqqətinə çatdıracağıq. “Nar mobile”nin də məsələyə münasibətinə yer ayırmağa hazırıq.

“Nar mobile”ni cibgirlikdə ittiham edirlər, şirkət isə... - Faktlar
“Nar mobile”ni cibgirlikdə ittiham edirlər, şirkət isə... - Faktlar

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2024, 11:15 Fatih Terim Bakıya gəlir
8-11-2024, 00:02 Bu gün Zəfər Günüdür