17:19 / 26-04-2025
İranda partlayış: 4 nəfər ölüb, 516 yaralı var - (Yenilənib)
17:03 / 26-04-2025
Rusiya hakimiyyəti "World of Tanks" oyunundan qorxur
11:54 / 26-04-2025
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib
11:29 / 26-04-2025
Təzə dil açan uşaq - Hekayə
10:54 / 26-04-2025
Dəniz kənarındakı qanunsuz tikili sökülüb - Video
10:16 / 26-04-2025
37 yaşlı kişi özünü asıb
10:11 / 26-04-2025
Ötən gün bank kartlarından 21 min manat oğurlanıb
10:06 / 26-04-2025
Fransa Rusiyanın qeyri-biometrik pasportlarını tanımayacaq
09:52 / 26-04-2025
Marsa yağış və qar yağması elmi təsdiqini tapır
09:26 / 26-04-2025
Tanınmış şəxsləri xarici agent elan ediblər - Siyahı
21:22 / 25-04-2025
Məhkəmədəki ifadəm - Hikmət Sabiroğlu yazır
20:48 / 25-04-2025
Dəryalardakı 6 təhlükə: onlar gəmi və sualtı qayıqları əjdaha kimi udurlar
18:28 / 25-04-2025
Ukrayna ABŞ-nın danışıqlardan çıxa biləcəyini ciddiyə almır
18:21 / 25-04-2025
Putinlə Trampın xüsusi elçisi görüşüb - (Yenilənib)
18:12 / 25-04-2025
Keçmiş prezidentin xanımı məhkəməyə müraciət edib
18:12 / 25-04-2025
İnvestisiya Holdinqinin iclası keçirilib
18:06 / 25-04-2025
Oleq Bakinski ev dustaqlığına buraxılmayıb
17:47 / 25-04-2025
Zəlzələ proqnozu verən astroloq həbs edilib
17:44 / 25-04-2025
Hərbi geyimlə bağlı yeni qanun təsdiqlənib
17:40 / 25-04-2025
Orban: Ukraynanın macarların üstündən keçməsinə imkan verməyəcəyik
17:38 / 25-04-2025
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin edib
17:33 / 25-04-2025
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:32 / 25-04-2025
Keçmiş prezident saxlanılıb
17:18 / 25-04-2025
Leysan yağacaq, çaylardan sel keçəcək - Proqnoz
17:10 / 25-04-2025
Polşadan Putinə məsləhət: Vladivostoku Çinə verin!
17:08 / 25-04-2025
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
16:55 / 25-04-2025
İki bankın əmlakı hərraca çıxarılıb
16:29 / 25-04-2025
Əvəz Zeynallı sərbəst buraxılıb
16:24 / 25-04-2025
Regional kollecdə yeni təyinatlar olub
16:00 / 25-04-2025
Novella Cəfəroğlu: “Hökumətlə işləməyin nəyi pisdir?”
18:54 / 22-04-2025

11:02 / 23-04-2025

12:53 / 23-04-2025

11:36 / 24-04-2025

19:38 / 22-04-2025

13:45 / 22-04-2025

12:29 / 23-04-2025

07:31 / 22-04-2025

09:14 / 23-04-2025

07:58 / 22-04-2025

10:10 / 22-04-2025

Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
Tarix: 08-07-2024 10:43 | Bölmə: Müsahibə

Zamanla özünü kəşf edən Aygün Fətullayeva hər premyeradan sonra suallara cavab axtarır
Bəstəboy, zərif qız səhnədə öz ideyaları uğrunda həyatından keçməyə belə hazır olan Antiqonaya (Jan Anuy “Antiqona”), saf, hər cür pislikdən uzaq, kəpənək kimi uçmaq istəyən Pırpız Sonaya (Cəlil Məmmədquluzadə “Dəli yığıncağı”), Konstantin Treplyovu çılğın məhəbbətlə sevən Maşaya (Anton Çexov (Qağayı”), həbs düşərgəsinin mənəvi iztirablarını yaşayan Dilbər Axundzadəyə (Mehriban Ələkbərzadə “Kod adı V.X.A”) çevrilməyi məharətlə bacarır.
O, peşəsində uğur qazanmaq üçün zəhmət çəkməyin, əzmkarlıq göstərməyin, səbirlə davranmağın vacibliyini bilir və hər zaman bunlara əməl etməyə çalışır. Yəqin ki, bu keyfiyyətləri onda böyüdüyü ailə mühiti formalaşdırıb, axı babası da, atası da tanınmış neftçi kimi min bir zəhmətlə qazanılan uğurun qiymətini biliblər.
Özünü ürək adamı sayır və deyir ki, zamanla özü-özümü kəşf etmişəm. Söhbət Reyting.az-a müsahibə verən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayevadan gedir.
- Bu günlərdə Milli statusu alan Dövlət Gənc Tamaşaçılar Teatrının həm keyfiyyət, həm də kəmiyyət baxımdan güclü yaradıcı heyəti var. Belə bir yaradıcı mühitdə, mərhum rejissor, Xalq artisti Vaqif Əsədov demişkən, səhnədə görünmək, yaxşı mənada diqqət çəkmək asan deyil. Aygün Fətullayeva bunu necə bacardı?
- Çətinlikdən, əziyyətdən qorxmayıb səbirlə öz zamanımı gözləmişəm. İllər ötdükcə, təcrübəm artdıqca sanki öz-özümü kəşf etmişəm. Mədəniyyət və İncəsənət Universitetini bitirib teatra gələndən sonra bir neçə il hətta maaşsız da işləmişəm, sonra yardım heyətinə qəbul olunmuşam. Nahidə xanım İsmayılzadə teatrımıza direktor təyin ediləndən bir müddət sonra aktyor ştatına götürüldüm. Bu illər ərzində heç vaxt “baş rollar oynamaq, tez tanınmaq” fikrini yaxın buraxmamışam, necə deyərlər özümə dərd eləməmişəm. Tutaq ki, teatrımızda “Leyli və Məcnun” tamaşası hazırlananda “Leylini kaş ki, mən oynayardım”, - kimi bir düşüncədə olmamışam. Hər şeyi zamanın ixtiyarına buraxmışam, bir neçə il kütləvi səhnələrə çıxandan, epizodik rollardan sonra artıq indi baş rollar, əsas obrazlar oynayıram. Bu günlərə şükürlər olsun! Düşünürəm ki, hər bir aktyor və aktrisanın inkişaf xətti mütləq olmalıdır. Bu baxımdan növbəti mərhələ üçün təbii ki, hədəflərim, planlarım var. Sözsüz, bu məsələdə rejissorlardan da çox şey asılıdır, rejissorlar doğru bir planlama edərlərsə, aktyor və aktrisalar da inkişaf edə bilərlər.

- Sözsüz ki, rejissorun aktyorun yaradıcılıq potensialını doğru-düzgün qiymətləndirməsindən çox şey asılıdır. Xalq artisti Cənnət Səlimovanın quruluşunda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasında Pırpız Sonanı oynayırsan. Sona uşaq kimi saf, həyatdakı pisliklərdən uzaq, sadəlövh gənc bir qızdırdır. Pırpız Sonanı məhz belə təqdim etmək Cənnət xanımın ideyası idi yəqin ki...
- Təbii. Cənnət xanım Sonanı məhz belə təqdim etməyimi istəyirdi, məşqlərdə tez-tez deyirdi ki, Aygün, diqqətli ol, ani bir jest, hərəkət Sonanı böyüdə bilər. Şövqü Hüseynovun yaratdığı Fazil Məhəmməd səhnədə Sonaya toxunanda belə Sona anlamır ki, bu nə deməkdir...
Əgər fikir vermisinizsə, Cənnət xanımın səhnə yozumunda dəlilər əslində hər biri ayrı-ayrılıqda yaradıcı insanlardı, lakin cəmiyyət onları anlamaq istəmir. Çox təəssüf ki, bu gün də biz həyatda belə hallarla rastlaşa bilirik, yaradıcı, həssas insanlara cəmiyyətin reaksiyası birmənalı olmur, bəzən onlar doğru-düzgün başa düşülmür.
Çox sevinirəm ki, tamam fərqli bir “Dəli yığıncağı” tamaşasını təqdim edirik, yaradıcı insan üçün bundan gözəl nə ola bilər ki? Bizim sənət özünəməxsusluğu, fərqliliyi sevir, kimisə təkrar etmək, yamsılamaq yaradıcılıq deyil məncə...
- Baş rolda oynadığın “Antiqona” tamaşasını da bu baxımdan teatr ictimaiyyəti maraqla qarşıladı...
- Antiqona obrazı mənim üçün də maraqlı idi, çünki özümü faciə janrında ilk dəfə idi ki, sınayırdım. Quruluşçu rejissor Nofəl Vəliyevə mənə güvəndiyinə görə minnətdaram. Sözün açığı, tamaşa ilə bağlı direktorun əmrində adımı Antiqona rolunda görmək əsl sürpriz oldu, çünki quruluşçu rejissor bu barədə əvvəldən mənə heç nə deməmişdi.

Mənim fikrimcə, Nofəl bəyin quruluşundakı “Antiqona” əsl teatral tamaşaçıya hesablanıb. Hər tamaşadan sonra zalın reaksiyasından da bunu aydın görmək olur. Nofəl bəylə tamaşa üzərində iş prosesi maraqlı, həm də mənim üçün faydalı oldu.
Söhbətimizin əvvəlində aktyorların yaradıcılıq baxımından inkişafında rejissorların rolundan danışdıq. Hər bir aktyor, aktrisa məncə istəyər ki, müxtəlif rejissorlarla çalışsın. Həqiqətən də bu çox vacib bir elementdir, gözəl də təcrübədir. Şəxsən mən xoşbəxtəm ki, teatrımızda tamaşa hazırlayan demək olar ki, bütün rejissorlarla işləmişəm. Vaqif Əsədovun, Cənnət Səlimovanın, Mehriban Ələkbərzadənin, Nicat Kazımovun, Nofəl Vəliyevin quruluş verdiyi tamaşalarda rol almışam. Bəhram Osmanovla uşaq tamaşalarında birgə işlədik, lakin böyüklər üçün hazırlanan tamaşalarda rol almadım.
- Bu gün həyatda Antiqona kimi insanlara ehtiyac varmı?
- Əlbəttə var. Elə düşünürəm ki, hətta İsmena kimi adamlar da olmalıdır, əks halda həyat marağını itirər. Çünki həyat əks qütblü insanların mübarizəsi üzəridə qurulub.
Antiqona ədalətsizliyə qarşı mübarizə aparan, həyatı məqsədyönlü yaşayan insanların bədii obrazıdır. Düzdür, qorxu hissi insanın fitrətində var, amma elə insanlar da var ki, haqqın, ədalətin qalib gəlməsi üçün həyatlarını belə qurban verirlər. Antiqonalar bütün dövrlərdə olub, var və olacaq.
- Hamımız qəhrəmanı görmək istəyirik, amma özümüz qəhrəman ola bilmirik...
- Bayaq dediyim kim, həyat iki qütbün mübarizəsi üzərində qurulub. Hamı müsbət və ya hamı mənfi ola bilməz. “Antiqona” tamaşası əsasında müqayisə aparırıqsa Kreon özü də bəlkə Antiqona kimi olmaq istəyər, amma həmin keyfiyyətlər onda yoxdur, olmadığı üçün də Antiqonaya həsəd aparır, ona qibtə və nifrət edir. İnsan mahiyyətcə belədir, xarakterində olmayan müsbət keyfiyyətləri başqasında görəndə onda paxıllıq hissi baş qaldırır, başlayır həsəd aparmağa.
- Həyatda qərar verərkən Aygün necə davranır, ağlına, yoxsa hisslərinə qulaq asır?
- Mən ürək adamıyam. Düşünürəm ki, əgər ürək sənə nəsə deyirsə, demək o məsələdə nələrsə var. Səhnədə oynadığım Antiqonadan fərqli olaraq, həyatda ani qərarlar verə bilmirəm, çox götür-qoy edən adamam, necə deyərlər, yüz ölçüb, bir biçirəm. Bu xüsusiyyət bəzi məqamlarda mənə mane olur. Ürəklə beynin mübarizəsini izlədikcə iş-işdən keçir. Amma sonda yenə ürəyi qalib çıxarıram. Ürəklə görülməyən heç bir işin arxasında yoxam. Məntiqə əsaslanan qərarı öz qərarım kimi düşünə bilmirəm, sanki kimsə bunu sənə komanda kimi verib, sən də sadəcə icra etmisən. Amma ürəyinin sənə dedikləri ruhsal qərardır məncə.
- Görəsən aktyorlar öz rolları üçün heç darıxırlarmı? Səncə rol üçün darıxmaq necə olur?
- Rol üçün darıxmaq... COVİD-19 pandemiyası zamanı karantin elan olunan vaxtlar yəqin yadınızdadır. Yaradıcı insanlar, xüsusilə teatrda çalışanlar üçün mənəvi cəhətdən çox ağır bir dövr idi, inanın ki, həmin dövrdə kiçik, epizodik rollarım üçün belə bərk darıxırdım.
Bəzən elə olur ki, televiziya və radioda oynadığım hansısa bir tamaşada istifadə olunan musiqi səslənir, həmin an qəribə hisslər keçirirəm.

Bizim teatrın zəngin repertuarı var, bəzən elə tamaşalar olur ki, onu iki-üç aydan bir oynayırıq. Hərədən belə tamaşalardakı rollarım üçün darıxdığım anlar olur.
- Teatrda üçüncü zəngdən sonra zalda işıqlar sönür, səhnədə pərdə açılır. Həmin anlar Aygün nə düşünür?
- Çox səmimin deyim ki, ilk vaxtlar dəhşətli dərəcədə həyəcanlanırdım. Lakin zaman keçdikcə bu məsələ yoluna qoyuldu. İndi həyəcan yenə var, təbii ki, onsuz olmaz, amma təcrübə və əminlik onu üstələyir. Tərəf-müqabillərin və tamaşaçılarla ünsiyyət qurulduqca bütün məsələlər öz yerini alır. İndi özümü səhnədə güvənli, arxayın hiss edirəm. Zaldakı tamaşaçının reaksiyası, aurası çox vacib elementdir, zaldan səhnəyə gələn enerji heç vaxt bitmir, davam edir. Həmin enerjinin düsturunu, elmi izahını vermək çox çətindir.
- Bəs pərdə bağlanandan sonra hansı hisslər keçirirsən?
- Tamaşaçılar zaldan çıxıb gedən andan məndə öz-özümlə sorğu-sual başlayır. Səhnədəki çıxışımı ən xırda detallarla təhlil edirəm. Əgər hansısa bir tamaşanın premyerasıdırsa, bu təhlil daha uzun çəkir və həmin gecə demək olar ki, yatmıram. Bəzi suallara cavab axtarıram...
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə