Ermənilər Azərbaycanla bağlı yalan məlumat yayıb
Tarix: 22-03-2023 20:16 | Bölmə: Xəbərlər
Ermənilər Azərbaycanla bağlı yalan məlumat yayıb
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla bağlı növbəti dəfə yalan məlumat yayıb. Bildirilir ki, martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu ölümcül yaralanıb.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.

Nazirlik bəyan edir ki, Ermənistan tərəfi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}