"Səhiyyə TV"nin adı dəyişib
Tarix: 08-05-2025 16:28 | Bölmə: Xəbərlər
"Səhiyyə TV"nin adı dəyişib

"Səhiyyə TV" televiziya kanalının adı "SAF TV" olaraq dəyişdirilib.

Audiovizual Şuradan Reyting.az-a bildirilib ki, Audiovizual Şurasının bu gün keçirilən iclasında iki məsələyə müzakirə edilib.

"Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.

İclasda həmçinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb