12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Yoxa çıxan rus generalı Afrikada peyda olub
Tarix: 13-05-2025 07:47 | Bölmə: Xəbərlər
Yoxa çıxan rus generalı Afrikada peyda olub

Rusiya ordusunun Ukraynadakı keçmiş komandanı, Yevgeni Priqojinin üsyanından sonra ictimaiyyətin gözündən itən rus generalı Sergey Surovik Əlcəzairdə peyda olub.

Reyting.az
“Meduza”ya istinadla xəbər verir ki, sabiq komandan fotoşəkillərdə müharibə tərəfdarı olan Rusiya mənbələrinin diqqətinə tuş gəlib.

“Biz onu Rusiyanın Əlcəzairdəki səfirliyi tərəfindən dərc edilmiş fotoda tapdıq. Maraqlıdır ki, Rusiya səfirliyinin nəşrində generalın adı çəkilmir. Orada ancaq Rusiya hərbi mütəxəssislərinin bir qrupunun baş rütbəsi yazılıb”,- nəşr əlavə edib.

Bununla belə, kadrlarda əslində Surovikə oxşayan eynəkli kişini də görmək olar.

Qeyd edək ki, 2025-ci ilin fevralında Dövlət Duması Surovikin Afrika ölkələrindən birində “hərbi müşavir kimi” işlədiyini bildirib.

Sergey Surovik 2022-ci ilin oktyabrında Moskva tərəfindən Ukraynaya qarşı döyüşən Birləşmiş Qüvvələr Qrupunun baş komandanı vəzifəsinə təyin edilmiş rus generalıdır. Mətbuat onu “Priqojinin adamı” adlandırıb. Bundan başqa, general 1991-ci ildə SSRİ-nin dağılması ərəfəsində Rusiyada nümayişlərin qanlı şəkildə dağıdılmasında və Rusiyanın Suriyaya müdaxiləsində fəal iştirak edib.

Qeyd edilir ki, Priqojinin üsyanından sonra general Surovik ictimai məkandan itib və ünsiyyətini dayandırıb. Rusiya mətbuatı Surovikin ev dustaqlığında olduğunu iddia edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər