1868 müəllim iş yerini dəyişib
Tarix: 12-05-2025 17:18 | Bölmə: Cəmiyyət
1868 müəllim iş yerini dəyişib

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq