18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ermənistan parlamentində yenə dava düşüb - Video
Tarix: 24-05-2023 14:35 | Bölmə: Xəbərlər / Dünya
Ermənistan parlamentində yenə dava düşüb

Ermənistan parlamentində vəziyyət gərginləşib.

Reyting.az
xəbər verir ki, parlamentin iclası zamanı müxalifət deputatları ilə hakim “Mülki müqavilə” partiyası arasında dava düşüb.

Bu, “Ermənistan” müxalifət blokunun deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib.

Məsələ burasındadır ki, hakimliyə namizəd Armen Danielyan bir dəfə Sarkisyanın həbsi barədə qərar çıxarıb. Sonradan yuxarı instansiya tərəfindən ona bəraət verilib.

Deputat, xüsusən də məhkəmə istintaqı zamanı onun mövqeyinin dinlənilməməsindən şikayətlənib. Parlamentarinin sözlərinə görə, bu, Danielyan üçün birinci dəfə deyil. Nəticədə bütün bunlar söyüş, söz atışması və əlbəyaxa dava ilə nəticələnib.

Məsələyə parlamentin daxili təhlükəsizlik işçiləri müdaxilə etmək məcburiyyətində qalıblar. Onları spiker Alen Simonyan iclas zalına çağırıb.

Lakin təhlükəsizlik qüvvələrinin cəlb edilməsinə baxmayaraq, Simonyan 20 dəqiqəlik fasilə elan etməli olub.

Qeyd edək ki, Ermənistan parlamentinin iclasında Korrupsiya Cinayətlərinin Araşdırılması üzrə Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatasına hakimlərin seçilməsi məsələsi müzakirə olunur. Ali Məhkəmə Şurası hakimlər Armen Danielyan, Yelizaveta Danielyan və Arsen Nikoqosyanın namizədliyini irəli sürüb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər