15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:39 / 22-10-2025
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
12:36 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıya gəlib - Fotolar
12:19 / 22-10-2025
Mal əti bahalaşıb - Yeni qiymətlər
11:58 / 22-10-2025
İsrail türk ordusunun Qəzzaya gəlişini istəmir
11:46 / 22-10-2025
İki keçmiş hakim Vəkillər Kollegiyasına üzv olub
11:26 / 22-10-2025
Uqandadakı qəzada 63 nəfər həyatını itirib
11:24 / 22-10-2025
Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları ötüb
11:19 / 22-10-2025
Qəzzaya görə İsrail, Misir və ABŞ arasında problem yaranıb
11:05 / 22-10-2025
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verib
10:47 / 22-10-2025
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
10:35 / 22-10-2025
Rusların Ukraynaya hücumu davam edir
10:34 / 22-10-2025
AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvana eniş edib
10:28 / 22-10-2025
Əli Əsədov ədliyyə orqanlarına köçürülən vəsaitlə bağlı qərar imzalayıb
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

Gəncədəki atəşin Brüsseldəki əks-sədası...
Tarix: 12-07-2018 00:31 | Bölmə: Zahid ORUC

Ukrayna iki yol ayrıcında qalanda - 5 il qabaq uğurlu bir keçid formulu tapa bilməyəndə böyük bir inqilabi çevrilişin içərisinə düşdü. Viktor Yanukoviç 2013-cü ildə Soçiyə gəlib Rusiya prezidentinə dedi ki, Avropa Birliyi assosiativ sazişi imzalaması üçün aşkar şəkildə ona təzyiq edir, taxt-tacı itirəcəyi ilə hədələyirlər, əks təqdirdə, onu bütün siyasi rəqiblərinin əliylə boğacaqlar.
Putin həmişə olduğu kimi soyuqqanlı tövrünü pozmayaraq, yenə də uzlaşma yollarını təklif etdi və 6 ölkənin xarici işlər nazirini Kiyevə toplamağa nail oldu və Qərbin Moskva ilə regional maraqlarını uzlaşdırmasına dair razılıq sənədini imzlaya bildi.
Ancaq nə faydası?!
Heç bir ay keçməmiş Yanukoviçi Putinin xüsusi xilasediciləri qəzəblənmiş kütlənin əlindən zorla aldılar və Maydan inqilabi ilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden okenanın o tayından gəlib ukraynalılara yeni hakimiyyət komandasını təqdim etdi.
Lakin çevrilişin nəticəsi millət üçün çox ağır oldu. Ukrayna Krımı itirdi və Donbas kimi strateji-varlı regionu qanlı savaşın içərisinə atdı.
O zamanlar Azərbaycanın lideri qüvvələr nisbətini düzgün hesablayaraq, Qərbin Rusiya əleyhinə hazırladığı "Yaxın qonşuluq siyasəti”ni bölgəsəl maraqlar baxımından korreksiya etməyə çalışdı və bu gün Brüsseldə səfərdə olan prezident İlham Əliyevin Avropa İttifaqı ilə ölkəmiz arasında yüksək səviyyəli görüşlər keçirməsi, sonda əməkdaşlıq müqaviləsinin paraflanmasına dair imzalanma mərasiminin düzənlənməsi ayıq təhlilçilərin yadına bir neçə il əvvəlki Ukrayna dramını saldı. Əcəba, son günlər Azərbaycanın 2-ci böyük şəhərinin baş meydanında böyük Nizaminin "Sirlər xəzinəsi”nin yenidən ictimaiyyətə təqdim edilməsi rəsmi Bakının geopolitik seçim qərarı ilə nə dərəcədə bağlıdır?
Cavab xeyli ritorik ola bilər. Çünki yalnız diletantlar hadisələrə lokal prizmadan yanaşar. Çünki millətin enerji blokunu kiberhücumla zərbəyə məruz qoyandan sonra dini-siyasi zəmində hakimiyyət ətrafında növbəti həyacanlanma və gərginlik ocağının yaradılmas neft-qaz sektorunda böyük razılaşmaları və Cənubi Qafqazda siyasi çəkisini artırması ilə varlı Avropa Birliyi mühüm söz sahibinə çevrilməsinin birbaşa nəticəsi sayıla bilər. Söz yox ki, həmin sənədlər demokratiya və insan haqlarına dair öhdəlikləri də hakimiyyətin üzərinə qoyur, amma Kremlin Brüssel elitası ilə siyasi müharibə şəraitində olduğu bir dövrdə, İrəvanda antirusiya devriminin yaşanması, indi də Bakının qitələrarası miqyasda öz yerini möhkələndirməyə çalışması təsirsiz ötüşə bilməzdi.
Yeni saziş Prezident İlham Əliyevin strateji liderlik qabiliyyətini bir daha nümayiş etdirməklə yanaşı, daxildən aldığı sarsıntıların səbəblərini və axıdılan yeraltı suların haradan qaynaqlandığını hamıdan yaxşı görməyə imkan verir.
Təhlükəsizlik və iqtisadi-siyasi maraqlar taxtasında daşların yerini azca dəyişən kimi yeni ektesslər yaşanır və əgər belə demək olarsa, diversifikasiya olunmuş xarici siyasət kursu daxildən sınağa çəkilir. Bu gün çox rahatlıqla Donald Tusk və Federika Moqerini ilə görüşlər keçirən İlham Əliyev atası, həm də siyasi ustadı böyük Heydər Əliyevin bir vaxtlar daha dəhşətli çevrilişlərdən və vətəndaş müharibəsindən keçərək ABŞ-a yollanmasını yaxşı xatırlayır, üstəlik, orada 1994-cü ildə imzalanmış neft-qaz sazişlərinin gələcək taleyinin birdəfəlik həll olunduğunu da unutmur.
Bakı Kremllə strateji dostluğunu yüksək səviyyədə qoruyub saxlayır, Tehran əleyhinə hər hansı separat razılaşmalara getmir, eyni zamanda, dünyanın 2 nömrəli gücü olan Avropa Birliyi ilə daha yaxından tərəfdaşlığa can atdığını da heç kəsdən gizlətmir. Sizcə, bundan yaxşı barış düsturunu başqa necə tapmaq olar? Axı onsuz Putin də Qərblə eyni masaya əyləşərək nəhayət, sanskiyalardan qurtulmağa və ortaq çalışmalara can atır.
Gəncəyə yola düşən sürət qatarı Moskva və Brüsseldən gələn siqnallara həssas olsa da, son dayanacağa doğru inadla irəliləyir. İmamzadə məscidindən ucalan azan səsləri təkcə Vətən yolunda qurban gedən 2 zabitlə vidalaşmır, həm də yeni doğulan körpələri qarşılamağa hazırlaşır!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zahid ORUC
Bölməyə aid digər xəbərlər