14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Ramiz Mehdiyevin bankında problem yaranıb?
Tarix: 22-10-2025 13:55 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Ramiz Mehdiyevin bankında problem yaranıb?

"Bank BTB”nin fəaliyyətində hər hansı bir problem yoxdur.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, bankın aktivləri sektorun aktivlərinin 1 faizindən aşağıdır.

"Son illər apardığımız nəzarət tədbirləri çərçivəsində bankın dayanıqlılığı möhkəmlənib. Bank bütün prudensial tələblərə riayət edir. Bankdakı əmanətləri 96,3 faizi sigortalıdır"- AMB sədri əlavə edib.

Qeyd edək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,98 faizi (49 min 829 ədəd) Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsusdur./APA




Bölməyə aid digər xəbərlər