14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Məşhur kino şirkətini satışa çıxarıblar
Tarix: 22-10-2025 13:54 | Bölmə: Mədəniyyət
Məşhur kino şirkətini satışa çıxarıblar

ABŞ-dakı bir neçə tanınmış kino şirkəti Hollivudun kinostudiyası "Warner Bros. Discovery"ə məxsus media konsernini almaqda maraqlıdır.

Reyting.az
xəbər verir ki, bu barədə "THR" nəşri yazıb.

Qeyd olunur ki, böyük ehtimalla "Warner Bros" öz alıcısını tapıb, ancaq müəyyən səbəblərdən ad çəkmir, eyni zamanda, təkliflərlə bağlı seçim etdiyini bəyan edir.

Xatırladaq ki, "Paramount Global" şirkəti də "Warner Bros" kino şirkətini almağa cəhd etmişdi, lakin onların təklifi çox "aşağı qiymət" kimi dəyərləndirildiyi üçün bu alqı-satqı baş tutmamışdı.

"Warner Bros" şirkətindən bildiriblər ki, hələ də müştərilər var. Lakin məşhur kino şirkəti potensial alıcıların adlarını açıqlamaq istəməyib.

Şirkət hazırda səhmdar dəyərini daha da artırmaq üçün bütün "strateji variantları" nəzərdən keçirir. Lakin müqavilənin baş tutub-tutmayacağı hələlik bilinmir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər