10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Tarix: 20-10-2025 14:28 | Bölmə: Slayd
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb

Xocavənd rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Reyting.az-a bildiriblər ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina hadisəsi qeydə alınıb.

Ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.




Bölməyə aid digər xəbərlər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto