Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Tarix: 20-10-2025 16:07 | Bölmə: Slayd
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək

“Rusiya prezidenti Vladimir Putin vaxt qazanmaq istəyir və Ukraynada müharibəni davam etdirəcək. Bu məqsədlə də, Amerika prezidenti Donald Trampla əlaqələr qurulur. Yəni Kremli vaxt əldə etməklə müharibəyə davam etmək niyyətindədir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Budapeştdə nəzərdə tutulan Donald Tramp və Vladimir Putin arasındakı görüş və əldə ediləcək mümkün nəticələrdən danışarkən bildirib.

O, Amerika və Rusiya prezidentlərinin Budapeştdə razılığa gələcəklərinə inanmır. Mollazadə buna əsas kimi Rusiyanın müharibəni davam etdirmək niyyətini göstərir.

“Bu görüş sülhün yaranması baxımından uğurlu olmayacaq. Əlbəttə, nəticə haqqında qəti danışmaq çətindir. Ancaq aydındır ki, Rusiyanın vəziyyəti çətin olacaq”,- deyə Mollazadə əlavə edib.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto