14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
Tarix: 22-10-2025 15:29 | Bölmə: Xəbərlər
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər