20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dağıstanın keçmiş rəhbərinin qardaşı saxlanılıb
Tarix: 26-09-2018 16:07 | Bölmə: Cəmiyyət
Dağıstanın keçmiş rəhbərinin qardaşı saxlanılıb

Sentyabrın 26-da yerli vaxtla saat ikiyə yaxın Federal Təhlükəsizlik Xidmətinin Mahaçqaladakı idarəsiinin əməkdaşları Dağıstan Xalq Məclisinin deputatı və respublikanın keçmiş rəhbəri Ramazan Abdulatipovun qardaşı Rəcəb Abdulatipovu saxlayıblar.

Reyting.az
Rusiya mediasına istinadən bildirir ki, onun saxlanılmasının səbəbi haqda hələ ki məlumat verilmir.

2018-ci ilin iyun ayında da Rəcəb Abdulatipovun Sloveniyaya uçmağa cəhd edərkən Moskvanın “Şeremetyovo” hava limanında saxlanılması haqda məlumat yayılmışdı. Lakin respublikanın keçmiş rəhbəri Ramazan Abdulatipov bu faktı təkzib etmişdi. O, guya həmin vaxt Rəcəblə Altay dağında istirahət edirmiş.

Digər mənbələr isə Dağıstanın keçmiş rəhbərinin bu iddiasını təkzib etmişdi. Həmin mənbələrin məlumatına görə, Rəcəbi Moskvada saxlayıb, sonra toxunulmazlıq statusuna görə buraxmışdılar.

KİV-lərdə Rəcəbin 2015-ci ilin yanvar ayında da saxlanıldığı haqda məlumat yayılıb. O zaman Rəcəb respublikada vəzifədəydi və guya rüşvətxorluqda şübhəli bilinirdi.

Abdulatipovlar özləri iddia edirlər ki, onlara qarşı oyunu siyasi düşmənləri aparır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər