20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prokurorluğa 8604 müraciət daxil olub - Zakir Qaralov
Tarix: 28-09-2018 09:30 | Bölmə: Cəmiyyət
Prokurorluğa 8604 müraciət daxil olub

Ötən bir il ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olub. Onlardan da 4102-si ərizə və şikayət, 4502-si isə "161-Qaynar xətt” əlaqə mərkəzi üzrə qəbul edilib.

Bunu Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov yazdığı məqaləsində bildirib.

Baş prokuror qeyd edib ki, “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən prokurorluğun səlahiyyətinə aid olan 306 müraciət üzrə Baş idarədə və prokurorluğun digər struktur qurumlarında araşdırma aparılıb, onlardan 15-i üzrə cinayət işi başlanılaraq istintaq edilib.

Həmin dövr ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət xarakterli material kimi baxılmış 279 müraciət və digər məlumatlardan 193-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Baş idarənin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində onun işinin göstəriciləri daha da yaxşılaşmaqla qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib. Cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəblər və şərait aşkarlanaraq qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi təmin edilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər