Jurnalistlərin qətlində Rusiya hərbçilərinin əli var - İddia
Tarix: 29-09-2018 16:02 | Bölmə: Cəmiyyət
Jurnalistlərin qətlində Rusiya hərbçilərinin əli var

Mərkəzi Afrika Respublikasında jurnalistlərin öldürülməsində “Patriot” özəl hərbi şirkətinin əli ola bilər.

Reyting.az
bildirir ki, bu barədə “Dojd” telekanalı aralarında Müdafiə Nazirliyinin zabiti və xüsusi xidmətin veteranı da olan mənbələrə istinadən məlumat yayıb.

Bu versiyaları hadisə ilə bağlı araşdırma aparan həlak olan reporyorların Xodorkovskinin qrupundan olan həmkarları da dəstəkləyirlər.

İnsayder informasiyasına əsasən, qatillər 3 nəfər olub, onlara yerli soyğunçu dəstənin hücumunu səhnələşdirmək əmri verilmişdi.

Xodorkovski “Dojd”a xəbər verib ki, onun jurnalistlərinin hücum edənlərin avropalı görkəmində olmaları ilə bağlı sübutları var. Yerli sakinlər onları ruslar kimi qələmə verirlər.

Qətlin motivi jurnalistlərin silah satışı ilə bağlı araşdırması ola bilər.

Xatırladaq ki, güllələnən reportyorların meyitləri Mərkəzi Afrika Respublikasının paytaxtı yaxınlığında aşkar olunub.




Bölməyə aid digər xəbərlər