20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
100-dən çox məhkum həbsxanadan qaçıb
Tarix: 30-09-2018 17:46 | Bölmə: Cəmiyyət
100-dən çox məhkum həbsxanadan qaçıb

İndoneziyanın Mərkəzi Sulavesi əyalətindəki zəlzələdən sonra 100-dən çox məhkum həbsxanadan qaçıb.

Reyting.az
xəbər verir ki, sentyabrın 28-də axşam Palu şəhər həbsxanasındakı məhbuslar cəzaçəkmə müəssisəsinin rəhbərliyindən yeraltı təkanlar görə buraxılmalarını tələb ediblər. İmtinadan sonra 340-dan çox məhkum üsyan qaldırıb və müəssisəni yandırıblar. Polis vəziyyəti qismən nəzarət altına alsa da, lakin 100-dən çox məhbus qaça bilib.

Müəssisəsinin nümayəndəsinin sözlərinə görə, həbsxana binası qismən dağılıb. Hazırda mühafizəçilər çətinliklə məhbusları saxlaya bilir.

Xatırladaq ki, sentyabrın 28-də Sulavesidə 7,7 bal gücündə zəlzələ, ardınca sunami baş verib.

Son məlumata görə, təbii fəlakət nəticəsində 832 nəfər həlak olub. İndoneziyanın vitse-prezidenti Yusuf Kalla zəlzələ və sunami qurbanlarının sayını minə qədər artacağını açıqlayıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər