16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gəlin gətirməyə gedən maşın karvanı qəza törətdi: 4 nəfər öldü
Tarix: 06-10-2018 17:20 | Bölmə: Cəmiyyət
Gəlin gətirməyə gedən maşın karvanı qəza törətdi: 4 nəfər öldü

Bursanın Mustafakemalpaşa rayonunda gəlin gətirməyə gedən maşın karvanı qəza törədib.

Reyting.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, otalığın müharibə meydanına döndüyü qəzada 4 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

34 BBZ 62 nömrəli gəlin maşını, sürücüsü öyrənilməyən 16 GD 231 nömrəli maşınla toqquşub. Qəzada Yəhya Şengül, Şahin Qorxmaz, Serkan Ay və Murat Korkmaz həyatını itirib.

4 nəfərin öldüyü qəzada 5 nəfər isə yaralanıb. Yaralılar M. Kemalpaşa və Karacabeydəki müxtəlif xəstəxanalara aparılıb. Qəzayla bağlı təhqiqat davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}