14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İndoneziyada 152 min nəfər dağıntılar altında qalıb
Tarix: 06-10-2018 17:37 | Bölmə: Cəmiyyət
İndoneziyada 152 min nəfər dağıntılar altında qalıb

İndoneziyanın Sulavesi adasında güclü zəlzələ və sunamidən sonra 152 min insan dağıntılar altında qalıb.

Reyting.az bildirir ki, bu barədə brifinqdə respublikanın Xarici İşlər Nazirliyinin informasiya və KİV-lə iş üzrə departamentinin rəhbəri Əhməd Ramadan məlumat verib.

- Ən azı 152 min insan diri-diri uçmuş evlərin, binaların altında basdırılmış şəkildə qalıb, - departament rəhbəri vurğulayıb.

Ramadanın sözlərinə görə, zəlzələ və ardınca baş verən sunami 65,7 min tikilini dağıdıb.

İndoneziyanın Sulavesi adasında təbii fəlakət sentyabrın 28-də, regionda 7,4 bal gücündə qeydə alınan zəlzələdən sonra baş verib. Ardınca 170 yeraltı təkan olub və bu, sunami ilə nəticələnib.

Son məlumata görə, təbii fəalakət nəticəsində 1,5 mindən çox insan həlak olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}