Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti gözlənilir
Tarix: 10-10-2018 12:56 | Bölmə: Cəmiyyət
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti gözlənilir

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın hərarətinin Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək.

Havanın hərarətinin gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə olacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}