Hava iki gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
Tarix: 13-10-2018 13:28 | Bölmə: Cəmiyyət
Hava iki gün qeyri-sabit keçəcək

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın hərarəti gecə 13-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15° , gündüz 18-20° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 12-17°, gündüz 19-24° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, oktyabrın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər