Bakı sakininin içərisində külli miqdarda pul olan maşını yandırılıb
Tarix: 15-10-2018 12:59 | Bölmə: Cəmiyyət
Bakı sakininin içərisində külli miqdarda pul olan maşını yandırılıb

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9 min manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Reyting.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, hadisəni törədən Neftçala şəhər sakini İbrahim Muradovdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər