Telman İsmayılovun bacısı oğlu azadlığa buraxıldı
Tarix: 15-10-2018 15:47 | Bölmə: Cəmiyyət
Telman İsmayılovun bacısı oğlu azadlığa buraxıldı

Moskva şəhər məhkəməsi 10 milyon rubl girov müqabilində Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanov barəsindəki həbs qətimkan tədbirini dəyişib.

Reyting.az xəbər verir ki, o, müğənni Avraam Russonu 2004-cü ildə oğurlanmasında günahlandırılır.

İstintaq məlumatına görə, 2004-cü ildə baş verən hadisədə ən azı 7 nəfər, o cümlədən başqa işlə bağlı qiyabi həbs olunan Telman İsmayılov və onun bacısı oğlu, “Praqa” restoranının keçmiş direktoru Zaur Mərdanov da iştirak ediblər.

Sentyabrın 17-də İstintaq komitəsi onlara qarşı adam oğurluğu maddəsi ilə cinayət işi qaldırıb.

İstintaqın versiyasına görə, İsmayılov və onun qohumları 2004-cü ildə Russonu bigə fəaliyyətinə cəlb etmək niyyətilə oğurlayıblar.

Sentyabrın axırında Moskvanın Basmannı məhkəməsi Mərdanovu Telman İsmayılovun sürücüsü Vladimir Qusakovu bu iş üzrə həbs edib.

Onlar təqsirkar olduqlarını boyunlarına almırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}