20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bu ölkədə məktəblərdə və şirkətlərdə ağlamaq öyrədirlər
Tarix: 15-10-2018 20:00 | Bölmə: Cəmiyyət
Bu ölkədə məktəblərdə və şirkətlərdə ağlamaq öyrədirlər

Yaponiyada məktəblərdə və şirkətlərdə keçirilən “ağlamaq dərsləri” getdikcə populyarlaşır.

Reyting.az xarici mediaya istinadən bildirir ki, məqsəd işçilərin və məktəblilərin stressini azaltmaq və psixoloji sağlamlıqlarına dəstək verməkdir.

Ekspertlərin sözlərinə görə, göz yaşları yığılan gərginlikdən özünümüdafiə üsuludur.

Özünü “ağlamaq müəllimi” adlandıran orta məktəbin keçmiş müəllimi Xidefumi Yeşida xüsusi dərslər aparır. Bu zaman prosesin xeyrindən danışır və bu yolla gərginliyin azaldılmasını öyrədir. Onun fikrincə, bu, gülməkdən, yaxud yuxudan daha effektlidir.

Yeşidanın sözlərinə görə, göz yaşlarını sentimental filmlər, kədərli musiqi və ilham verən kitablarla stimullaşdırmaq olur.

Məsələn, oktyabrın 7-də onun Osaki məktəbində keçirdiyi treninqə 79 şagird gəlib. Kədərli filmə baxandan sonra onlar göz yaşları gətirmək üçün esse yazıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər