20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Komitədə bələdiyyə ilə əməkdaşlıq müzakirə olunub
Tarix: 20-10-2018 11:47 | Bölmə: Cəmiyyət
Komitədə bələdiyyə ilə əməkdaşlıq müzakirə olunub

İzmirin Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Fəxri Xiyabanda ümummilli liderin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidləri məzarlığını ziyarət edən nümayəndə heyəti daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Komitədən Reyting.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında daha da inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, bu əlaqələr qondarma erməni soyqırımı və Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq ictimaiyyətdə obyektiv fikrin formalaşdırılması üçün diasporlarımızın birgə fəaliyyəti ilə daha da möhkəmləndirilməlidir. Bu məsələnin yaxın vaxtlarda İstanbulda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsinə cavabdeh qurum rəhbələrinin görüşündə ətraflı müzakirə olunacağı və növbəti iki il üçün fəaliyyət planının hazırlanacağı qeyd olunub.

Həmçinin bildirilib ki, İzmirin Karabağlar bələdiyyəsi də ölkəmizlə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün həyata keçirdiyi bir çox layihələrlə əlaqələrimizin inkişafına öz töhfəsini verir.

Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplu isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırlıması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, İzmirdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlıq qurulub, onlara maddi və mənəvi dəstək göstərilir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2017-ci ildə bələdiyyənin inzibati ərazisində “Azərbaycan Qarabağ Xocalı parkı” acılıb və Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Bələdiyyə sədri Azərbaycan diaspor təşkilatları, Dövlət Komitəsi, eləcə də Azərbaycanın digər qurumları ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Daha sonra Türkiyədə Karabağlar bələdiyyəsi ilə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.

Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər