16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yoxa çıxan jurnalistin meyiti tapıldı
Tarix: 21-10-2018 18:20 | Bölmə: Cəmiyyət
Yoxa çıxan jurnalistin meyiti tapıldı

Almatanın musiqi televiziya kanalının jurnalisti və prodüsseri Ayqerim Musayevanın meyiti tapılıb.

Reyting.az-ın Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, faciəyə qədər gənc qızın qohumları və həmkarları onu iki gün axtarıblar.

Onun yoxa çıxması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onların sözlərinə görə, Ayqerim evdən gedib və bu zaman özü ilə heç nə götürməyib.

Jurnalisti sonuncu dəfə Alatau rayonundakı binaların yanında video müşahidə kamerasına düşüb.

“Ayqerim Musayeva evdən gündüz gedib və bir daha geri qayıtmayıb. O, elə-belə gedə bilməzdi. Çünki onun iki uşağı var. Biz onun harada olduğunu təsəvvür belə edə bilmirik. Ayqerim çox məsuliyyətli adamdır, ona görə iki övladını atıb gedə bilməzdi”, - həmkarlarının məlumatında bildirilir.

Bir neçə saat əvvəl məlum olub ki, qızı ölmüş vəziyyətdə aşkarlayıblar.

Faciənin səbəbi hələ ki açıqlanmır.

Ayqerim Musayeva Hit tv kanalında prodüsser işləyirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}