1,5 milyon dollarlıq hind toyu - Fotolar
Tarix: 25-10-2018 19:33 | Bölmə: Cəmiyyət
1,5 milyon dollarlıq hind toyu

Hindistanın Dehli şəhərində yaşayan və mədən sektorunda fəaliyyət göstərən Arora ailəsinin oğlu Arjun Arora ilə Sukriti Grover toylarınl Antalyada edib.

1,5 milyon dollarlıq hind toyu

Reyting.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Antalyada hind ənənələrinə görə keçirilən toyda Hindistan və müxtəlif ölkələrdən 600-ə yaxın dəvətli iştirak edib.

1,5 milyon dollarlıq hind toyu

4 gün 4 gecə davam edən toy "Xoş gəlmisiniz" partiyasıyla başlayıb.

1,5 milyon dollarlıq hind toyu

İkinci gün "hi çayı", gəlin və kürəkən ailələrinin rəqsləri ilə davam edən toyunun üçüncü günü xınayaxdı mərasimi keçirilib. Peşəkar sənətkarlar toya qatılan qadınların əllərinə xüsusi naxışlarla xına yaxıb.

1,5 milyon dollarlıq hind toyu

Dördüncü gün səhər dini mərasim və barat mərasimi keçirilib. Dini mərasimin keçirildiyi sahil yoluna ağ xalça sərilib. Kürəkən atla, gəlin də üstü açıq çəhrayı avtomobillə mərasim meydanına gəlib. Ziyafətlərlə yanaşı, rəqsli musiqili əyləncələrin həyata keçirildiyi toy, axşam verilən evlilik qeydiyyatı ilə başa çatıb.

1,5 milyon dollarlıq hind toyu

Toy üçün Hindistandan bir konteyner ədviyyat, ərzaq və avadanlıq gətirilib. Qurulan təndirlərdə bişirilən xüsusi çörək və hazırlanan hind yeməkləri qonaqlara verilib. Toy üçün Hindistandan xüsusi 80 nəfərlik mətbəx briqadası gətirilib. Komandaya türk aşpazlar da kömək edib.

1,5 milyon dollarlıq hind toyu

Mətbəx komandası ilə yanaşı, Hindistandan makiyaj, dəlləkxana, foto, səhnə və səhnə quruluşları üçün 50 nəfərlik briqada gəlib. Türkiyədən də 200 nəfərlik dəstə fəaliyyət göstərib.

1,5 milyon dollarlıq hind toyu


Antalyanın Bələk turizm bölgəsində yerləşən 5 ulduzlu oteldə keçirilən toyun xərcinin təxminən 1,5 milyon dollar olduğu öyrənilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər