Polisə müqavimət göstərən iki nəfər zərərsizləşdirildi
Tarix: 26-10-2018 11:09 | Bölmə: Cəmiyyət
Polisə müqavimət göstərən iki nəfər zərərsizləşdirildi

Göygöl rayonu, Qarabulaq kəndi ərazisindəki meşə zolağında polisə müqavimət göstərən 2 nəfər zərərsizləşdirilib.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meşə zolağının meşəbəyisi Göygöl rayon Polis Şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Qarabulaq kəndi ərazisində xidmət aparan SarısuPolis Bölməsinin əməkdaşı kənd sakini Saleh Məmmədovla birgə həmin şəxsləri saxlayarkən onlar polis əməkdaşına və Saleh Məmmədova dəyənəklə xəsarət yetirib, bıçaqla hücum ediblər.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısını almaq üçün polis əməkdaşı “Makarov” markalı xidməti tabel silahından xəbərdarlıq məqsədi ilə havaya bir neçə atəş açıb. Lakin həmin şəxslər hüquqazidd əməllərini davam etdirdiklərindən və bıçaqla ciddi müqavimət göstərdiklərindən polis əməkdaşı təkrar atəş açaraq onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirmək məcburiyyətində qalıb.

Hadisə yerinə gəlmiş digər əməkdaşların köməyi ilə onlar saxlanılıblar.

Araşdırmalar zamanı onların Yevlax rayon sakini İnşallah Miriyev (xəsarət alan) və Ağcabədi rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan Şaiq Hümbətov olduqları müəyyən edilib.

Polis əməkdaşı, S.Məmmədov, habelə İ.Miriyev xəstəxanaya yerləşdirilib, V.Hüseynova və S.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər