İordaniyada faciə: 18 nəfər daşqın qurbanı olub
Tarix: 26-10-2018 15:30 | Bölmə: Cəmiyyət
İordaniyada faciə: 18 nəfər daşqın qurbanı olub

İordaniyada mövsümi leysan yağışları nəticəsində daşqın qurbanlarının sayı artıb.

Reyting.az bildirir ki, hazırda əksəriyyətinin 14 yaşdan aşağı olan 18 nəfər ölmüş sayılır.

Bundan əlavə, ölənlər və zərərçəkənlər arasında təbii fəlakətin baş verdiyi Ölü dənizi rayonundakı pikniklərdə istirahət edənlərin ailə üzvləri də var.

İndiyədək 34 nəfəri xilas etmək mümkün olub, xəstəxanalara yerləşdirilənlərin çoxunun kritik vəziyyətdə olduğu bildirilir.

Daha onlarla insan itkin düşmüş sayılır.

Reyting.az





Bölməyə aid digər xəbərlər