Moskvada terrora hazırlaşan İŞİD-çilər saxlanılıb
Tarix: 26-10-2018 18:29 | Bölmə: Cəmiyyət
Moskvada terrora hazırlaşan İŞİD-çilər saxlanılıb

Federal təhlükəsizlik xidməti İraq-Şam İslam Dövlətinin (İŞİD)Moskva regionunda gizli fəaliyyət göstərən özəyini ifşa edib.

Reyting.az xəbər verir ki, güc strukturları odlu silah və əldəqayırma partlayıcı qurğular vasitəsilə Moskvada rezonansa səbəb olacaq törətməyə hazırlaşan özəyin 6 üzvünü saxlayıb.

Onlardan avtomat silahlar, terror aktı hazırlığının hesabatı, bomba hazırlığı sxemi və pul götürülüb.

Orta Asiya regionundan olan özək üzvlərinə Suriyadan emissarlar rəhbərlik edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər