20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qəzaya uğrayan təyyarədə 20 məmur olub
Tarix: 29-10-2018 10:37 | Bölmə: Cəmiyyət
Qəzaya uğrayan təyyarədə 20 məmur olub

İndoneziyanın Maliyyə Nazirliyindən verilən xəbərə görə, Lion Air şirkətinin qəzayauğrayan təyyarəsində nazirliyin 20 məmuru olub.

Reyting.az bildirir ki, Maliyyə Nazirliyinin nümayəndəsi Nufransa Vira Saktinin sözlərinə görə, sərnişinlər arasında Dövlət aktivləri və hərraclar üzrə xidmətin, eləcə də Dövlət xəzinə xidmətinin ofisinin əməkdaşları olublar.

Cakartadan Sumatra adasına uçan Lion Air büdcə hava şirkətinin Boeing 737 təyyarəsi İndoneziya paytaxtının hava limanından 6:20-də havaya qalxıb və 6:33-də radardan itib.

Təyyarənin böyük qalıqlarının dənizin Qərbi Yava sahilində tapılması ilə bağlı ilk informasiya gəlib.

Hava şirkətindən verilən məlumata görə, təyyarəni göyərtəsində 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub.

Qəza zamanı onların heç birinin sağ qalmadığı bildirilir.


Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər