Hava xəbərdarlığı: Güclü külək əsəcək, dağlıq ərazilərə qar yağacaq - Proqnoz
Tarix: 30-10-2018 12:04 | Bölmə: Cəmiyyət
Hava xəbərdarlığı: Güclü külək əsəcək, dağlıq ərazilərə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Reyting.az-a nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumat görə, oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın şimal rayonlarında gündüz saatlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}