Azərbaycanda həbs olunan yeniyetmələrin sayı açıqlanıb
Tarix: 30-10-2018 15:27 | Bölmə: Cəmiyyət
Azərbaycanda həbs olunan yeniyetmələrin sayı  açıqlanıb

2017-ci ildə Azərbaycanda cinayət törətdiyinə görə məhkum edilənlər arasında yaşları 14-17 olanların sayı 323 nəfər təşkil edib.

Reyting.az report”a istinadən xəbər verir ki, onlardan 1 nəfəri cinayəti sərxoş halda, 59-u qrup şəklində, 90-nı isə böyüklərin iştirakı ilə törədib.

Məhkəmə qarşısına çıxarılanlardan 111-inə azadlıqdan məhrum etmə (48-i 5 ilədək, 63-ü 5 il və yuxarı), 16-sına islah işləri, 2-sinə ictimai işlər, 98-inə cərimə, 96-sına isə şərti məhkumetmə cəzası verilib.

Məhkum olunan 323 nəfərdən 41-i 14-15 yaşda, 282-si isə 16-17 yaşdadır. Onlardan 3-ü qızdır. Məhkum olunan 323 nəfərdən 271-i hər iki valideyni olan ailədə, 50-si isə bir valideyni olan ailədə tərbiyə alanlar, 186-sı işləməyən və oxumayan, 34-ü işləyən, 103-ü isə şagird və tələbə olub.

Azərbaycanda həbs olunan yeniyetmələrin sayı  açıqlanıb

2017-ci ildə 14-17 yaşda olanlar tərəfindən və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı 532 olub. Onlardan 50-si ağır və xüsusilə ağır cinayətlər kimi qeydə alınıb.

Bundan başqa, həmin yaşda məhkum olunanlardan 6-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 15-i qəsdən sağlamlığa ağır zərər vurma, 367-sı oğurluq cinayətinə görə həbs ediliblər. Oğurluğun 100-ü mənzillərdən edilib. Bundan başqa, onlar 11 soyğunçuluq, 7 quldurluq, 15 dələduzluq, 14 xuliqanlıq, 4 narkotik vasitələrlə bağlı cinayətlər, 3 yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədib.

Reyting.az





Bölməyə aid digər xəbərlər