Özünü 4-cü mərtəbədən atan qadın qızın üstünə düşdü
Tarix: 31-10-2018 11:52 | Bölmə: Cəmiyyət
Özünü 4-cü mərtəbədən atan qadın qızın üstünə düşdü

Qadın Moskvadakı “Xoroşo” ticarət mərkəzinin 4-cü mərtəbəsindən özünü atıb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, 42 yaşlı Moskva ətrafındakı Krasnoqorsk sakini İrina adlı qadın qızın üstünə düşüb.

O, ciddi sınıqlar və yaralarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə biləcəklərinə arxayın deyillər.

İrina adl qadın 27 yaşlı Çulpanın üstünə ikinci ticarət mərkəziunin ikinci mərtəbəsindəki pandusta dayananda düşüb. Başından xəsarət alan qız da xəstəxanaya aparılıb.

Qadının özünü 4-cü mərtəbədən qəsdən atdığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər