Nənəsini öldürüb, evi yandırdı
Tarix: 07-11-2018 18:28 | Bölmə: Cəmiyyət
Nənəsini öldürüb, evi yandırdı

Bakının hüquq mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb.

Reyting.az bildirir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, noyabrın 6-da Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verən yanğın saat 09:30 radələrində söndürülüb.

Bundan sonra həmin evdə yaşamış, 77 yaşlı Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti Tamilla Axundovanın nəvəsi, 24 yaşlı Eldar Əfəndiyevin tamah niyyəti ilə törətdiyinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}