20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tibb işçisi qazanc xatirinə altı nəfəri öldürüb
Tarix: 13-11-2018 18:50 | Bölmə: Cəmiyyət
Tibb işçisi qazanc xatirinə altı nəfəri öldürüb

Almaniyanın hüquq-mühafizə orqanları ən azı 6 nəfəri öldürməkdə günahkar bilinən 36 yaşlı Polşa vətəndaşı Qjeqoja V.ni həbs edib.

Reyting.az bildirir ki, “Suddeutsche Zeitung”un yazdığına görə, ölümlər 2017-ci ilin aprel ayından 2018-ci ilin fevral ayına olan müddətdə Burq, Forheym, Tutlinqen, Hannover, Kitsinqen və Ottobrunn şəhərlərində baş verib.

Bundan əlavə, Qjeqjou üç ölümə sui-qəsddə, eləcə də çox sayda ağır bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.

Şübhəli tibb qardaşı işləyib. Onun qurbanları vaxtaşırı tibbi yardıma ehtiyacı olan yaşlı adamlardır.

Amma o qayğı əvəzinə onlara ölümcül dozada şəkər xəstəliyinə qarşı insulin yeridib, ölümündən sonra isə soyub. Buna görə Qjeqjounu 26 azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müstəntiqlər qurbanların sayının çox olacağını istisna etmirlər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər