20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nemət Pənahlının cəza müddəti başa çatdı
Tarix: 15-11-2018 13:18 | Bölmə: Cəmiyyət
Nemət Pənahlının cəza müddəti başa çatdı

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbsdən buraxılıb.

Reyting.az “Turan”a istinadən bildirir ki, bu haqda onun vəkilləri məlumat verib.

Vəkillərin dediyinə görə, Nemət Pənahlının cəzası başa çatıb.

"Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarının icra müddəti başa çatıb. O, saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb".

Nemət Pənahlı barəsində çıxarılan inzibati həbs cəzsını əsassız hesab edir. O, məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcək.

Nemət Pənahlı oktyabrın 12-də saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilən Nemət Pənahlı 30 günmüddətinəı inzibati qaydada həbs olunmuşdu.

O, məhkəmədə ittihamı rədd etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər