20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanlı “qanuni oğru”nun adamı Gürcüstanda yaxalanıb
Tarix: 17-11-2018 13:25 | Bölmə: Cəmiyyət
Azərbaycanlı “qanuni oğru”nun adamı Gürcüstanda yaxalanıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Rustavi şəhərində oğru birliyinin üzvü olmaqda və şantajda şübhəli bilinən 38 yaşlı kişini saxlayıblar.

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə nazirliyin saytında məlumat yayılıb.

İstintaq müəyyən edib ki, günahlandırılan Qardabani rayon sakinindən 3 min dollar tələb edib. Bu məbləğin ödənilməyəcəyi təqdirdə o, həmin şəxsin arvadını və uşağını öldürəcəyi, eləcə də əmlkanın məhv edəcəyi ilə hədələyib.

Azərbaycanlı “qanuni oğru”nun adamı Gürcüstanda yaxalanıb

Hədə-qorxu Quli ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun adından səsləndirilib.

Kişini qorxutmaq məqsədilə onun evinə içərisində yandırıcı qarışıq olan butulka atıb. Məlumata görə, insident zamanı heç kim xəsarət almayıb.

Polis günahlandırılan şəxsi məhkəmə qərarı əsasında tutub. Onun 7 ildən 10 ilə qədər azadlıqdan məhrumedilmə cəzası gözləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər