Azərbaycanlı “qanuni oğru” Belarusda saxlanıldı
Tarix: 25-11-2018 11:42 | Bölmə: Cəmiyyət
Azərbaycanlı “qanuni oğru” Belarusda saxlanıldı

Belarus Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə mübarizə baş idarəsinin əməkdaşları noyabrın 20-də xüsusi təyinatlı dəstənin dəstəyi ilə güc tətbiq etməklə kriminal aləmdə Rəşad Gəncəli kimi tanınan “qanuni oğru” Rəşad Məmməd oölu İsmayılovun saxlanılması üçün əməliyyat keçirib.

Reyting.az bildirir ki, Belarus Daxili İşlər Nazirliyinin saytında yayılan informasiyaya görə, onunla birgə rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın 4 üzvü də saxlanılıb.

Onlar qanunsuz silah və narkotik dövriyyəsində şübhəli bilinirlər. Şübhəlilərin Minsk rayonundakı mehmanxana kompleksində icarəyə götürdüyü mənzildə və şəxsi avtomobillərində Makarov, TT tapançası və 14 döyüş patronu aşkar olunub. Bundan əlavə, saxlanılanlardan həşiş götürülüb.

Azərbaycanlı “qanuni oğru” Belarusda saxlanıldı

Məlumata görə, Rəşad İsmayılov nüfuzlu azərbaycanlı “qanuni oğru”lar Nadir Səlifovun (Quli) və Vaqif Süleymanovun (Vaqif Bakinski) yaxın ətrafına daxildir.

2013-cü ildə “taclandırılan” “qanuni oğru” və onunla birgə saxlanılan cinayətkar qruplaşma iştirakçıları dəfələrlə Rusiya və Ukrayna ərazisində administrativ və cinayət məsuliyyətinə cəlb ediliblər, onlar həm də cinayət işinin fiqurlarıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq
3-12-2024, 12:42 Sabah leysan yağacaq

bütün xəbərlər