14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiyada azərbaycanlıları güllələdilər: Bir nəfər ölüb, iki qardaş yaralanıb
Tarix: 02-12-2018 14:37 | Bölmə: Cəmiyyət
Rusiyada azərbaycanlıları güllələdilər: Bir nəfər ölüb, iki qardaş yaralanıb

Dekabrın 1-də axşam Yamalo-Nenets Muxtar Dairəsinin Nadım şəhərində Azərbaycandan olanlar arsındakı münaqişə atışma ilə başa çatıb.

Reyting.az Rusiya mediasına istinadla bildirir ki, nəticədə münaqişə iştirakçılarından biri ölüb, daha ikisi ağır yaralarla reanimasiyaya yerləşdirilib.

Məlumata görə, etnik kriminal qruplaşmalar arasındakı dava biznesin yenidən bölünməsi səbəbindən baş verib.

Qeyri-rəsmi məlumata görə, öldürülən Aqşin Həsənov münaqişə iştirakçısı olan mütəşəkkil cinayətkar qruplaşmanın lideri idi.

Bundan əlavə, sərbəst güləş üzrə məşqçilər Yalçın və Mais Məmmədovlar yaralanıblar.

Hüquq-mühafizə orqanlarından yerli KİV-ə xəbər verilib ki, atışma iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}