20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İnsan orqanizmi üçün yararsız ət məhv edilib
Tarix: 04-12-2018 16:04 | Bölmə: Cəmiyyət
İnsan orqanizmi üçün yararsız  ət məhv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları mənşəyi məlum olmayan, insan orqanizmi üçün yararsız 1.6 ton ət məhv edib.

Reyting.az-a agentlikdən verilən məlumata görə, bir müddət öncə AQTA-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rasim Rzaxanova məxsus qanunsuz heyvan kəsimi və emalı müəssisəsində, eyni zamanda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Tac ət” Məhdud Məsuliyyətli Cəmiyyətində monitorinq keçirib.

Monitorinq zamanı kəskin qoxulu, mənşəyi məlum olmayan heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlaka yararsız olduğu aşkarlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər