20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nümayəndəmizin təklifləri Cenevrədə regional qrupa təqdim olunub - Fotolar
Tarix: 11-12-2018 18:24 | Bölmə: Cəmiyyət
Nümayəndəmizin təklifləri Cenevrədə regional qrupa təqdim olunub

Cari ilin 3-6 dekabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrə şəhərindəki qərargahında Patent Hüququ üzrə Daimi Komitənin (PHDK) 29-cu sessiyası keçirilib. Tədbirə ÜƏMT-nin üzv-dövlələrinin nümayəndələri, o cümlədən hökumətlərarası və qeyri-hökümət təşkilatlarından müşahidəçilər qatılıb. Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modellərin ekspertizası şöbəsinin müdiri Gülnarə Rüstəmova da iştirak edib.


Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədlinin Reyting.az-a verdiyi məlumata görə, toplantıda PHDK-nın patentlərin keyfiyyəti, patent hüquqlarının məhdudlaşdırılması və istisnalar, patentlər və səhiyyə, müştərilər və onların patent müvəkkilləri arasında məlumatların məxfiliyinə dair məsələlər geniş müzakirə edilib, ixtiraçılıq səviyyəsi, xüsusilə də, selektiv ixtiralar, problemli ixtiralar, ixtiranın patent qabiliyyətliliyinin müəyyən edilməsi zamanı onun ikinci dərəcəli əlamətlərinin rolu barədə fikir mübadiləsi aparılıb. “Səhiyyə və patentlər” mövzusu nümayəndələr tərəfindən geniş müzakirələrə səbəb olub, tibbi preparatlara və vaksinlərə dair patentlərin statusu barədə informasiya və digər müvafiq məlumatlar saxlayan MedsPal və Pat-İNFORMED kimi ictimaiyyətə açıq olan məlumat bazaları haqqında konfrans da keçirilib.

Sessiyanın gündəliyinə daxil edilmiş məsələlərə dair Azərbaycan nümayəndəsinin təklifləri Şərqi Avropa, Mərkəzi Asiya və Qazqaz ölkələrinin regional qrupuna təqdim olunub. Müzakirələr əsasında üzv dövlətlərin milli qanunvericiliklərinin mövcud olan problemləri və xüsusiyyətləri nəzərə alınmaqla, yuxarıda qeyd edilən məsələlər üzrə işlərin və tədqiqatların davam etdirilməsi barədə qərarlar qəbul edilib.

Nümayəndəmizin təklifləri Cenevrədə regional qrupa təqdim olunub




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər